Bu aparıcı bank aviasiya maliyyə bölməsini satacaq | Banco.az

Bu aparıcı bank aviasiya maliyyə bölməsini satacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Standard Chartered” aviasiya maliyyə bölməsini satmağa hazırlaşır.

Banco.az xəbər verir ki, “Standard Chartered” xərcləri azaltmaq və səhmdarların gəlirlərini artırmaq üçün daha əvvəl elan edilmiş strategiyasının bir hissəsi olaraq aviasiya maliyyələşdirmə qolunu satmağı düşündüyünü açıqlayıb.

Mənzil-qərargahı Londonda yerləşən bu beynəlxalq bank çərşənbə günü bildirib ki, onlar "aviasiya maliyyə biznesinin gələcək sahibləri üçün alternativləri araşdırmağı planlaşdırır". Aviaşirkətlərə və maliyyə institutlarına təyyarə icarəyə verən və maliyyələşdirən bölmə bankın ümumi gəlirinin təxminən 2 faizini və risklə ölçülmüş aktivlərinin təxminən 1 faizini təşkil edir.

Xatırladaq ki, “Standard Chartered” məhsul xəttini genişləndirmək üçün 2007-ci ildə təyyarə icarə şirkəti “Pembroke Group”u satın almışdı. Bankın Dublində yerləşən aviasiya biznesi 230-dan çox təyyarəni idarə edir və müştərilərinə reaktiv yanacaq hedcinqi, borcun maliyyələşdirilməsi və lazımsız təyyarələrin yenidən marketinqi kimi digər xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et