Bu 5 nəfəri Linkedln – də mütləq izləyin! | Banco.az

Bu 5 nəfəri Linkedln – də mütləq izləyin!

467 milyon istifadəçisi olan Linkedln uğurlu olmaq istəyən işgüzar insanlar üçün əvəzedilməz sosial media platformasıdır.

Peşəkar inkişafınız üçün Linkedln – də izləməli olduğunuz 5 nəfərlə gəlin, tanış olaq.

1. Gary Vaynerchuk

g2ri6h - LinkedIn'den Takip Etmeniz Gereken İlham Verici 5 İsim

Xüsusilə iyirmi yaşlarında uğur əldə etmək istəyən gənclərə tövsiyələr verən Vaynerchuck, rəqəmsal aləmin ən uğurlu simalarındandır. Eyni zamanda sahibkarlıq və sosial media ilə bağlı bir çox kitabın müəllifidir.

Gary Vaynerchuk – u izləmək üçün linkə keçid edə bilərsiniz.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 7 marketinq bloqu

2. Gretchen Rubin

9nst7p - LinkedIn'den Takip Etmeniz Gereken İlham Verici 5 İsim

Müntəzəm olaraq Linkedln – də məqalələrini yayımlayan Gretchen Rubin dünyada bestseller olan “The Happiness Project” kitabının müəllifidir.

Gündəlik həyatın elmi tərəflərinə dair məqalələr oxumaq üçün Gretchen Rubin – i izləyə bilərsiniz.

Gretchen Rubin  - i izləmək üçün linkə keçid edə bilərsiniz.

3. Daniel Goleman

sfumgf - LinkedIn'den Takip Etmeniz Gereken İlham Verici 5 İsim

“Emosional Zəka”, “Sosial Zəka” kimi kitabların müəllifi olan Daniel Goleman, kitablarının da adından görüldüyü kimi müəyyən anlayışlara istinad edərək onların elmi izahlarını verir. Asan başa düşülən və effektiv məlumatlar təqdim etdiyi üçün Daniel Goleman izləməli olduğunuz şəxslər arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Daniel Goleman – ı izləmək üçün linkə keçid edə bilərsiniz.

Həmçinin oxu: Vaxtınızı keçirəcəyiniz ƏN FAYDALI 10 İnternet Saytı

4. Guy Kawasaki

8b0bo8 - LinkedIn'den Takip Etmeniz Gereken İlham Verici 5 İsim

Sahibkarlıq, rəqabət, iş sənəti və marketinq mövzularında 10 fərqli kitabı olan Guy Kawasaki, Linkedln – də də məşhur jurnallarda dərc olunmuş məqalələrini, texnoloji yenilikləri və sahibkarlıqla bağlı faydalı məlumatları yayımlayır.

Guy Kawasaki – ni izləmək üçün linkə keçid edə bilərsiniz.

5. Brendon Burchard

zod66e - LinkedIn'den Takip Etmeniz Gereken İlham Verici 5 İsim

“Elmə istinad edərək necə uğurlu olmaq olar?” anlayışı vasitəsilə uğurla bağlı fikirlərinə elmi əsaslarla kitablarında və məqalələrində yer verən Brendon Burchard da izlənilməli bir profilə sahibdir.

Brendon Burchard – ı izləmək üçün linkə keçid edə bilərsiniz.

Həmçinin oxu: Sosial media hesablarından istifadəni asanlaşdıracaq 5 Onlayn vasitə

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et