Britaniyada pərakəndə satış həcmi cüzi artım göstərib | Banco.az

Britaniyada pərakəndə satış həcmi cüzi artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada pərakəndə satışlar ötən ay 0,3% artıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, apreldə 0,5 faiz olan pərakəndə satış həcmindəki artım nisbəti may ayında 0,3 faiz olub.

Yay modası və bağ məhsullarına tələbatın artması ilə may ayında onlayn satışlar 2,7 faiz, avtomobil yanacağı satışı isə 1,7 faiz artıb.

Digər tərəfdən, həyat standartlarının bahalaşması və ərzaq qiymətlərindəki artım səbəbindən qida mağazalarında satış həcmi 0,5 faiz azalıb. Sözügedən dövrdə onlayn ərzaq satışı da 0,2 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et