Britaniya yeniyetmələrə smartfon satışını qadağan etmək istəyir | Banco.az

Britaniya yeniyetmələrə smartfon satışını qadağan etmək istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniya hakimiyyəti 16 yaşdan kiçik uşaqlara smartfon satışına qadağa qoymağı düşünür.

Banco.az xəbər verir ki, İngiltərədə 2496 məktəbli uşaq valideyni arasında “Parentkind” tərəfindən mart ayında keçirilən sorğunun nəticələrinə görə, valideynlərin 58%-i hökumətin 16 yaşdan kiçik uşaqlar üçün smartfonları qadağan etməli olduğunu düşünür.

Bundan əlavə, respondentlərin 80%-dən çoxu smartfonların uşaqlar və gənclər üçün “zərərli” olduğuna inandığını bildirib.

“More in Common” təşkilatının başqa bir sorğusu göstərib ki, insanların 64%-i 16 yaşdan kiçiklərə smartfon satışının qadağan edilməsini yaxşı fikir hesab edib. Respondentlərin yalnız 20%-i bu təşəbbüsün pis fikir olduğunu düşünüb.

Bundan əlavə, qadağanı dəstəkləyən onlayn petisiya 19 mindən çox imza toplayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bəzi hökumət üzvləri buna skeptik yanaşıb. Onlar bu cür qadağaları "reallıqdan kənar" adlandırıblar, çünki hakimiyyət onların fikrincə, tərbiyə prosesinə qarışmamalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et