Britaniya iqtisadiyyatı ötən il texniki tənəzzüldən qismən xilas olub | Banco.az

Britaniya iqtisadiyyatı ötən il texniki tənəzzüldən qismən xilas olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin 4-cü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatında qeyd olunub.

Xatırladaq ki, qlobal bazarlar keçən ilin üçüncü rübündə 0,2 faiz daralmış Britaniya iqtisadiyyatının ilin son rübündə də daralacağından və texniki tənəzzülə girəcəyindən narahat idi. Belə ki, 80 faizə yaxınını xidmət sektorunun təşkil etdiyi ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 0,5 faiz, ikinci rübdə isə 0,1 faiz artdıqdan sonra ilin üçüncü rübündə 0,2 faiz daralmışdı.

Ən sərfəli kredit üçün müraciət et

ONS bəyanatında Britaniya iqtisadiyyatının 2022-ci ildə illik 4 faiz artdığı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et