Brend menecer nə iş görür? | Banco.az

Brend menecer nə iş görür?

Marka (brend) menecerləri markalarının məhsulları və xidmətlərinin mövcud və potensial müştərilərlə əlaqəli olmasını təmin etmək üçün bazar tendensiyalarını izləmək və rəqabət potensialı üzrə analizlər aparırlar.

Marka meneceri:

  • Bazar araşdırması işləri aparır;
  • Mühüm marka və satış məlumatlarını toplayır;
  • Məhsullar üçün xüsusi marka idarəetmə kampaniyaları hazırlayır;
  • Hər ay yenilənmiş marka hesabatlarını rəhbərliyə təqdim edir;
  • Pərakəndə qablaşdırma dizaynına kömək edir;
  • Mağazada vizual işlərə cavabdehdir"
  • Məhsul dizaynının necə inkişaf etdirilə biləcəyi barədə məlumat almaq üçün satıcılar və distribyütorlarla əlaqə qurur.

Orta əmək haqqı

Bir marka menecerinin qazanc potensialı, fərdi təcrübə və şirkətin təyinatı və ölçüsü kimi amillərə görə dəyişə bilər.

ABŞ-da ümumi əmək haqqı: saatda 65.94 dollar.

Bəzi maaşlar saatda 17.45 ilə 200 dollar arasında dəyişir.

Brend menecerinə qoyulan tələblər

Bir marka meneceri olmaq müəyyən təlim və təhsili, eyni zamanda xüsusi bacarıq və peşəkar sertifikatları əhatə edir. Bu tələblərdən bəzilərinə aşağıdakılar daxildir:

1. Təhsil

Marka menecerləri, ümumiyyətlə, marketinq, reklam kimi müvafiq ixtisas üzrə dərəcəyə sahib olmalıdırlar. Bəzi işəgötürənlər namizədləri xüsusi dərəcələrə - məsələn, MBA və müvafiq iş təcrübəsinə üstünlük verirlər.

2. Təlim

Bəzi insanlar aşağı səviyyələrdən - kiçik vəzifələrdən başlayır və marketinq, reklam və biznesin idarəedilməsi sahəsində dəyərli təlimlər alır. Bu bacarıqlar təhsil ilə birlikdə marka idarəçiliyində uğurlu bir karyeraya başlamaq üçün yaxşı zəmin yaradır.

3. Sertifikatlar

Sertifikatlı Marka Meneceri

Sertifikatlı Məhsul Meneceri

Sertifikatlı Məhsul Meneceri və Məhsul Sahibi

4. Bacarıqlar

Brend menecerləri bu bacarıqlara sahib olmalıdırlar:

- Ünsiyyət və kommunikasiya

- Kreativ strategiya

Ən sərfəli kredit üçün müraciət et

- Data analizi

- Asan adaptasiya olma

Brend menecerinin iş mühiti

Marka menecerləri çox vaxt tələbkar mühitdə və yüksək təzyiq altında işləyirlər. Ümumiyyətlə işləri çox olduğu üçün tam gün işləyirlər. Marka menecerləri bir çox fərqli sahədə işləyə bilər. Bu peşənin digər xüsusiyyətləri bunlardır:

  • Əsasən ofis şəraitində işləmək;
  • Kompüterlərdən, printerlərdən, faks aparatlarından və ofis telefonlarından istifadə;
  • Marka strategiyaları yaratmaq üçün müxtəlif bölmələrlə arasında işləmək;
  • Sürətli templi bir mühitdə işləmək;
  • Rəhbərliyə təqdim etmək üçün feedback, satış və digər hesabatların hazırlanması;
  • Davamlı olaraq sosiallaşma.

Necə brend meneceri olmaq olar?

Müvafiq sahədə ali təhsil: Marka menecerlərindən ümumiyyətlə marketinq, reklam, biznes və ya əlaqəli bir ixtisas dərəcəsi tələb olunur. Bəzi işəgötürənlər marka menecerlərindən müəyyən bir iş təcrübəsinə əlavə olaraq MBA kimi yüksək səviyyəli təhsil almağı tələb edə bilərlər.

Müvafiq iş təcrübəsi qazanın: Marka menecerləri üçün təcrübə qazanmaq asandır. Çünki bir çox iş yerlərində bu vəzifə mövcuddur.

Sertifikatlar qazanın: Peşəkar sertifikat qazanan şəxslərin istədikləri işə düzəlmə ehtimalı daha yüksəkdir, çünki sertifikatlaşdırma işəgötürənləri işi yerinə yetirmək üçün lazımi səriştələri yaratdığınıza zəmanət verir.

İş axtarışına başlayın: Marka meneceri vəzifələrinə müraciət etməyə hazır olduğunuzda, internetdə iş yerləri axtarın. Şirkətlərin və vəzifələrin ehtiyaclarına uyğun gəlmək üçün tərcümeyi-halınızı və motivasiya məktubunuzu düzgün yazın.

Bir şəbəkə yaradın: Peşəkar şəbəkə sizi maraqlandığınız şirkətlərdə arzuolunan bir namizədə çevirə bilər.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et