Breksit Böyük Britaniya iqtisadiyyatına daimi ziyan vurub | Banco.az

Breksit Böyük Britaniya iqtisadiyyatına daimi ziyan vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın Avropa İttifaqından çıxması iqtisadiyyata daimi ziyan vurub.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BOE) Pul Siyasəti Komitəsinin keçmiş üzvü Maykl Sonders bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Breksit) ölkənin hazırda qənaət dövrünə girməsinin səbəblərindən biridir.

Təcrübəli iqtisadçı qeyd edib ki, Böyük Britaniyanın Aİ və gömrük ittifaqını tərk etmək qərarı ölkənin potensial iqtisadi məhsuldarlığını azaldıb və biznes investisiyalarını eroziyaya uğradıb.

“Breksit baş verməsəydi, yəqin ki, bu həftə qənaət büdcəsindən danışmazdıq. Vergilərin artırılmasına və xərclərin azaldılmasına ehtiyac qalmazdı”, deyə o, əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et