Braziliya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Braziliya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı ardıcıl ikinci dəfə əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb və monetar genişlənmənin ən azı ilin sonuna qədər eyni sürətlə davam edəcəyinə işarə edib.

İqtisadçıların da proqnozlaşdırdığı kimi, mərkəzi bank çərşənbə gününün sonunda Selic indeksini 12,75 faizə endirib.

Qeyd edək ki, sözügedən qərar siyasətçilərin dəyişməz saxladığı bankın əvvəlki təlimatlarına uyğun olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et