Böyük Britaniyanın yeni Baş naziri bəlli oldu | Banco.az

Böyük Britaniyanın yeni Baş naziri bəlli oldu

Müəllif: Tamara Mustafayeva, Banco.az

Penni Mordaunt, Rişi Sunakı dəstəklədiyini bildirərək yarışdan çəkilib. Bununla da, Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.

Banco.az xəbər verir ki, əvvəlki partiyadaxili səsvermədə keçmiş Baş nazir Liz Trassa məğlub olan Rişi Sunak bu dəfə baş nazir postuna sahib olub.

Digər namizəd Penni Mordaunt deputatlardan dəstək ala bilmədiyi üçün Rişi Sunak Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın yeni Baş naziri olub.

Xatırladaq ki, Penni Mordaunta 100 deputatın dəstəyi lazım idi.

Mühafizəkarlar Partiyası deputatlarının dəstəyi ilə partiyanın yeni lideri seçilməsindən böyük şərəf hissi duyduğunu ifadə edən Sunak partiyasına və ölkəsinə xidmət etməyin həyatının ən böyük imtiyazı olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et