BOKT nizamnamə kapitalını artırıb | Banco.az

BOKT nizamnamə kapitalını artırıb

"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 64 800 manat və yaxud 31,3% artırıb. 

BOKT-un kapitalı 207 276 manatdan 272 076 manata çatıb. 

Kapital artımı maliyyə qurumunun əvvəlki illərdəki bölüşdürülməmiş mənfəəti hesabına həyata keçirilib və təsisçilərin pay bölgüsündə dəyişiklik olmayıb. 

Xatırladaq ki, "İcraçı Kredit Agentliyi" 2002-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 33,85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13,84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03% payla Mehman Qurbanov, 7,75% payla "Aşıxlı Kredit İttifaqı" MMC, 6,95% payla "Şahsevən Kredit İttifaqı" MMC (ləğv prosesindədir), 6,93% payla "Masallı Kredit İttifaqı" MMC, 3,47% payla Vidadi Musayev, 2,92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2,36% payla Səbinə İsrafilova, 2,3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1,28% payla "Yeni Daşkənd Kredit İttifaqı" MMC, 1,26% payla İlham İsrafilov, 1,03% payla "Astanlı Kredit İttifaqı" MMC (ləğv prosesindədir) və 0,21% payla "Azərbaycan Kredit İtifaqları Assosiasiyası" İctimai Birliyidir. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et