BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalır | Banco.az

BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.3% təşkil edib.

Məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində 3 bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilib, beləliklə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 92-ə enib: "Hazırda fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarından 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. 2023-cü ilin birinci yarımilinə BOKT-lərin sayı 52, Kİ-nın sayı isə 40 olub. Dövr ərzində BOKT işçilərinin sayı 205 nəfər artaraq 3064 nəfərə çatıb, filiallarının sayı isə azalaraq 287-dən 280-ə enib. Hesabat dövrü ərzində heç bir quruma yeni lisenziya verilməyib". 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et