BMT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləmələri artırıb | Banco.az

BMT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləmələri artırıb

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dair xərclər 2023-cü ildə 34,2 milyon ABŞ dolları olub, 2024-cü ildə isə bu rəqəm 37 milyon ABŞ dolları təşkil edəcək.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.

"Növbəti mərhələdə iqlim dəyişiklikləri ilə bağlı ciddi öhdəliklərimiz var. Bu il iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Biz COP çərçivəsində və bundan sonrakı mərhələdə Azərbaycana iqlim dəyişikliyi ilə bağlı dəstək göstərməyə hazırıq, buna çalışacağıq",- deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et