Biznesin 4 əsas problemini necə həll etmək olar? | Banco.az

Biznesin 4 əsas problemini necə həll etmək olar?

Biznes fəaliyyəti zamanı qarşıya 4 problem çıxır:

Əmək məhsuldarlığının artırılması

Layihələrin effektivliyi

Xərclərin azaldılması

İşçilərin narazılığı

Çevik əməliyyat modellərinin tətbiq olunması, həmçinin frilanserlərin cəlb olunması əmək məhsuldarlığının artırılması və xərclərin azaldılmasına zəmin yaradır. 

İşçilərin düşüncə tərzi tədricən dəyişir. Bir şirkətin daxilində sabitlik və karyera yüksəlişi getdikcə daha az əhəmiyyət kəsb edir. Cari layihələrə maraq, iş cədvəlini idarə etmək və fərqli təcrübə əldə etmək prioritet məsələlərdir. Uzun illər ştatlı işçi kimi işləyən mütəxəssislər sərbəst fəaliyyət haqqında getdikcə daha çox düşünürlər. 

Xaricdə çevik məşğulluq artıq geniş yayılıb. Amerikanın “UpWork” platforması və “Freelancers” İttifaqının məlumatına görə, 2027-ci ilə qədər ABŞ sakinlərinin yarıdan çoxu çevik məşğulluğa keçəcək. 

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər 

Frilanserlər necə kömək edə bilər?

Çox rast gəlinən iki misal göstərək. 

Müqavilə şöbəsi 15 iş günü ərzində ayın axırının gəlməsini gözləyir ki, kontragentlərlə razılaşma imzalansın. Rəhbərlik işçiləri bərabər şəkildə işlə yükləyir və telemarketinq üzrə tapşırıqlar verir. Şöbənin mütəxəssisləri demotivə olunublar, çünki satmağı bacarmırlar və istəmirlər. 

Layihə ofisinin əməkdaşları həddən artıq yüklənir, çünki hər biri yeni məhsulların buraxılması üçün onlarla işə görə məsuliyyət daşıyır. Hər şey üçün iş vaxtı kifayət etmir, layihələr irəliləmir. Rəhbərlik isə yeni insanları işə götürməkdən imtina edir: Layihə baş tutmazsa, təzə işçilərin aqibəti necə olacaq? 

Ən sərfəli kredit üçün müraciət et

Bu misallar işəgötürənlərin məşğulluğa klassik münasibətini göstərir. Yəni görülməli olan işlər əməkdaşların bütün vaxtını alır və əlavə heyətin işə götürülməsi artıq xərc kimi qiymətləndirilir. Rəhbərlər bir şöbənin strukturu barədə qərar verərkən, ümumiyyətlə, iki variantdan birini seçir: işdən çıxarmaq və ya ştatda saxlamaq. Bu yanaşma bir çox komandanın həddən artıq yüklənməsinə və ya hərəkətsiz qalmasına və layihələrin dayanmasına səbəb olur. 

Həmçinin oxu: Mark Benioff yeni kapitalizm formasını təklif edib 

Ən optimal qərar frilanserlərin cəlb olunmasıdır. Bu, eyni zamanda bir neçə məsələni həll edə bilər. 

Əmək məhsuldarlığının artırılması. Şirkət gündəlik tapşırıqların yerinə yetirilməsi üçün məhdud sayda işçi götürür, pik mövsümlərində isə sərbəst işçilər cəlb edir. 

Layihələrin effektiv icrası. Layihəni tez bir zamanda həyata keçirmək üçün üçün sərbəst şərtlərdə çalışan işçilər, habelə bu layihədə xüsusilə faydalı olacaq ixtisaslaşmış biliyi olan mütəxəssislər cəlb olunur. 

İşçi xərclərinin aşağı salınması. Bəzi tapşırıqların frilanserlərə ötürülməsi əməyin ödənişi fonduna qənaət edə bilər. Qənaət həmçinin sığortalar, bonus ödənilməsi, ofis xərclərinin azaldılması hesabına təmin olunur. 

Sosial gərginliyin azaldılması. Ştatın ixtisara salınması planı həyata keçirilərkən işçilərin bir hissəsi “freelance” işə keçirilə bilər. Bu da sırf onların bacarıqlarına uyğun tapşırıqların həlli zamanı faydalıdır. 

Frilans müəssisənin fəaliyyətinin optimallaşdırılmasında yeni imkanlar açır, eyni zamanda əməkdaşların da maraqlarını təmin edir. 

Qabaqcıl şirkətlər öz HR-strategiyalarına düzəlişlər edirlər. İşçilərini sərbəst işin üstünlükləri barədə məlumatlandırırlar, frilanserlərlə iş üçün əmək infrastrukturunu təkmilləşdirirlər. 

Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et