Bizimkilər türk bankını aldı | Banco.az

Bizimkilər türk bankını aldı

Türkiyə rəqabətə nəzarət qurumu sövdələşmə icazəsi hazırlayır

Azərbaycanın ikinici böyük maliyyə qurumu olan “Paşa Bank” Türkiyədə “Aksoy Holdinq”ə məxsus olan “TAİB Bank”ı satın alıb.

Türkiyənin rəqabətə nəzarət qurumundan icazə verildikdən sonra “TAİB Bank”a nəzarət “Paşa Bank”ın səlahiyyətinə keçəcək. 

“Aksoy Holdinq” isə “TAİB Bank”ın iki il qabaq Dubay şeyxi Əl Maktumdan satın alıb. 

“Aksoy Holdinq” idarə heyəti başçısı Erdal Aksoy Türkiyə mətbuatına açıqlamasında bildirib: "Mümkün bir ortaqlıqda əksəriyyət hissəni Azərbaycanlı ortağımıza verməyi planlaşdırırıq. Bu an danışıqlar bu istiqamətdə gedir. Onlar Türkiyədə bankçılıq fəaliyyəti reallaşdırmaq istəyirlər".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Anspress

Ən sərfəli krediti almaq üçün müraciət et