"Pandemiya iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib" | Banco.az

"Pandemiya iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda isə pandemiyanın yayılmasının sürətlənməsi narahatlığı daha da gücləndirir.

Bu fikirləri ÜST-nin baş direktoru Tedros Qerbeyesus iyunun 22-də keçirilən onlayn konfransda bildirib. O deyib ki, ən böyük təhlükə virusun özü deyil, daha çox qlobal həmrəylik və qlobal liderliyin yetərincə olmamasıdır. Çünki virusa qarşı hamının təhlükəsizliyi təmin olunmayınca, heç kim təhlükəsiz vəziyyətdə olmayacaq. Pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib. Bu böhranın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et