Bitkoinin qiyməti kəskin bahalaşıb | Banco.az

Bitkoinin qiyməti kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin gün ərzində 7,4 faiz bahalaşaraq 28 min 900 dollara çatıb.

Banco.az xəbər verir ki, bitkoin institusional marağın artması, dolların məzənnəsinin zəifləməsi və ABŞ-da məhkəmə proseslərinin təsirinin azalmağa başlaması fonunda əsaslı dəyər artımına imza atıb.

Bitkoin səhər saatlarında 7,4 faiz dəyə qazanaraq 28 min 900 dolları üstələyib. Bununla da, dünyanın ən dəyərli kriptovalyutası 1,5 ayın pik həddinə çatıb. 

Qeyd edək ki, hazırda investorların diqqəti 30 min dollarlıq psixoloji həddə yönəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et