Bitkoin bütün zamanların ən yüksək səviyyəsinə çatdıqdan sonra kəskin ucuzlaşdı | Banco.az

Bitkoin bütün zamanların ən yüksək səviyyəsinə çatdıqdan sonra kəskin ucuzlaşdı

Müəllif:Mehin Qasımova/Banco.az

Çərşənbə axşamı ticarət sessiyası zamanı bitkoin 10,14% azalaraq 60,56 min dollara düşüb.

Banco.az xəbər verir ki, bu barədə  Binance platformasının məlumatları sübut edir.

Qeyd edək ki,  ötən gün bitkoinin dəyəri 68 min dolları ötüb.

Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). Bunun üçün yeni sistem blokları yaratmalısınız.

Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüsü ilə onun müəllifi (bəlkə də müəlliflər qrupu) tərəfindən nəşr edilib. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur.Hazırda Bitcoinlərin çoxu artıq “mədən edilmişdir”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et