Bitkoin bahalaşmaqda davam edir | Banco.az

Bitkoin bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Kriptovalyutalar bahalaşmaqda davam edir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, dünən 3 aydan sonra yenidən 50 min dollar səviyyəsini üstələyən bitkoin bu gün də dəyər qazanmağa davam edir. 

Ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 25 saat ərzində 4,6% bahalaşmaqla 51 min 369 dollara çatıb. Bitkoində axırıncı dəfə bu kritik səviyyə 9 iyul tarixində qeydə alınmışdı. Belə ki, o zaman sözügedən kriptovalyuta növü 51 min 800 dollara qədər bahalaşmağa nail olmuşdu.

Bununla yanaşı, ikinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum da gündəlik əsasda 3% dəyər qazanmaqla 3 min 480 dollara qalxıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 61-ində dəyər qazancı müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et