Birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında 19% azalma olub | Banco.az

Birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında 19% azalma olub

2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda aylıq müavinət alanların sayında 4,3% (17290 nəfər) artım, birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında isə 19,1% (16060 nəfər) azalma olub.

Bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.

Qeyd edək ki, aylıq müavinət alan şəxslərin sayındakı artım yaşa görə müavinət təyin edilmiş şəxslərin sayındakı artım ilə əlaqədardır ki, bu da sosial müavinətin təyin edilməsi üçün müəyyən olunmuş yaş həddinin əvvəlki illərlə müqayisədə 2020-ci ildən başlayaraq azaldılması, başqa sözlə pensiya təyinatı üçün müəyyən edilmiş yaş həddi ilə bərabərləşdirilməsi hesabına baş verilib.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et