"Binance.US" dolların birbaşa çıxarılmasını dayandırıb | Banco.az

"Binance.US" dolların birbaşa çıxarılmasını dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyuta birjası “Binance”in ABŞ-dakı bölməsi platformadan birbaşa dollar çıxarma əməliyyatlarını dayandırıb.

Banco.az xəbər verir ki, “Binance.US” öz istifadə şərtlərini yeniləyib.

Bildirilib ki, müştərilər öz hesablarından ABŞ dollarlarını çıxarmaq istəyirlərsə, bunu dollarları sabit koinlərə və ya digər rəqəmsal aktivlərə çevirərək edə bilərlər.

Bundan əlavə, yenilənmiş istifadə şərtlərində müştərilərin hesablarının və rəqəmsal aktivlərinin ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) tərəfindən sığortalanmadığı bildirilib.

“Binance.US” iyunun əvvəlində ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasından (SEC) aktivlərini dondurmağı xahiş etdikdən sonra dollar depozitlərini dayandıracağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et