"Binance" kriptovalyuta birjası Maskla birlikdə "Twitter"ə sərmayə qoyub | Banco.az

"Binance" kriptovalyuta birjası Maskla birlikdə "Twitter"ə sərmayə qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Binance” da “Twitter”in sərmayədarlarından birinə çevrilib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta ticarət platforması “Binance” sosial media və xəbər saytlarını web3 ilə bir araya gətirmək strategiyasının bir hissəsi olaraq İlon Maskın 44 milyard dollarlıq satınalma müqaviləsinə 500 milyon dollar töhfə verməklə “Twitter” investoru olub.

“Binance” rəsmilərinin açıqlamasında, “Kripto və blokçeyn texnologiyalarının istifadəsini genişləndirmək üçün sosial media və web3-ün bir araya gətirilməsində rol oynamağı hədəfləyirik”, deyə bildirilib. Onlar gələcəkdə şəriliyin daha da böyüyə biləcəyini də vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Web3” termini blokçeynlər ətrafında qurulmuş mərkəzləşdirilməmiş internet deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et