Bina tikintisi fəaliyyəti ilə məşğul olanların ƏDV-yə cəlb olunma prosesi necədir? | Banco.az

Bina tikintisi fəaliyyəti ilə məşğul olanların ƏDV-yə cəlb olunma prosesi necədir?

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə üzrə mənzillərin təqdim edilməsi ƏDV-yə cəlb olunurmu?

Vergilər Nazirliyinin şərhində göstərilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et