Bill Qeyts bu tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirdi | Banco.az

Bill Qeyts bu tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirdi

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi "Microsoft"un investisiya fəaliyyətlərini icra edən "Cascade Investment" şirkəti "Four Seasons Hotel and Resort" otellər şəbəkəsinin 2.21 milyard dollar dəyərindəki səhmlərini satın alır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bill Qeytsin investisiya şirkəti "Cascade Investment" Səudiyyə Ərəbistanı şahzadəsi Əlvalid bin Talalın oteldəki səhmlərinin təxminən yarısını 2.21 milyard dollara satın almaqla tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirir. 

Bu satınalma ilə investisiya şirkəti otellər şəbəkəsindəki payını 47,5%-dən 71,3%-ə yüksəldəcək ki, bununla da, ümumilikdə 10 milyard dollarlıq səhmlərin sahibi olacaq.

Şahzadə Əlvalid isə sahib olduğu "Kingdom Holding Co." investisiya şirkəti vasitəsilə otellər şəbəkəsindəki geri qalan səhmlərinin nəzarətinə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan "Four Seasons Hotel and Resort" hazırda aralarında Azərbaycanın da olduğu 47 ölkədə 121 otel və istirahət mərkəzi və 46 yaşayış kompleksi ilə təmsil olunur. Şirkətin təsisçisi və İdarə Heyətinin Sədri Kanadalı biznesmen İsador Şarp isə "Triples Holdings Ltd." vasitəsilə otellər şəbəkəsindəki 5%-lik səhmini əlində saxlamağa davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et