Beynəlxalq sığorta şirkəti qlobal iflasların artacağını proqnozlaşdırıb | Banco.az

Beynəlxalq sığorta şirkəti qlobal iflasların artacağını proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Gələn il qlobal şirkət iflaslarının 19% artacağı proqnozlaşdırılıb.

Banco.az xəbər verir ki, Fransanın beynəlxalq sığorta şirkəti “Allianz Trade” “Qlobal Müflisləşmələr Hesabatı”nı dərc edib.

Hesabatda bildirilib ki, hazırki enerji böhranı Avropa şirkətləri üçün hökumətlərin yalnız qismən kompensasiya edə bildiyi böyük gəlir şoku deməkdir; Şirkətlər enerji qiymətlərindəki artımın dörddə birini öz müştərilərinə yönəltsələr belə, onlar təkcə 50 faizdən aşağı qiymət artımını idarə etməyə qadirdirlər.

Gəlirliliyə ən böyük zərbənin enerji məsələlərindən gələcəyi bildirilərkən İngiltərədə 42 min, Fransada 18 min 700, Almaniyada isə 28 min 400 şirkətin müflisləşmə riski ilə üzləşəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ildə müflisləşmə ehtimalı olan şirkətlərin Fransada illik 29 artımla 53 mini, İngiltərədə 10 faiz artımla 27 mini, Almaniyada 17 faiz artımla 17 mini, İtaliyada isə 10 min 900-ü keçəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et