Bayraktar zəlzələdən zərərçəkmişlər üçün 1000 ədəd mənzil ianə edib | Banco.az

Bayraktar zəlzələdən zərərçəkmişlər üçün 1000 ədəd mənzil ianə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səlçuk Bayraktar zəlzələ bölgəsindəki zərərçəkmişlərin istifadəsi üçün 1000 ev bağışladıqlarını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Baykar” havaçılıq şirkətinin İdarə heyəti Başçısı Səlçuk Bayraktar rəsmi sosial media hesabından məlumat verib.

O bildirib ki, zəlzələdən zərərçəkmişlərin daimi sığınacaq ehtiyaclarının həllinə dəstək olmaq üçün “Baykar” şirkətinin adından AFAD ilə koordinasiyalı olaraq 1000 ev ianə ediləcək.

Bayraktar həmçinin qeyd edib ki, indiyədək şirkətin ümumi yardım məbləği 1 milyard 855 milyon TL-yə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et