Bankların faiz və qeyri-faiz gəlirləri artıb | Banco.az

Bankların faiz və qeyri-faiz gəlirləri artıb

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların faiz və qeyri-faiz gəlirləri artıb.

Banklar 2019-cu ilin Yanvar ayında 162 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 10,2% çoxdur. Belə ki, ötən ilin Yanvar ayında bankların cəmi faiz gəlirləri 146,9 milyon manat təşkil etmişdi.

Bankların kreditlər üzrə faiz gəlirləri isə 24,3% artaraq 114.2 milyon manat təşkil edib.

Bankların faiz gəlirlərinin artması şəraitində faiz xərcləri azalıb. Ötən ilin Yanvar ayında 50,8 milyon manat olmuş faiz xərcləri, 2018-ci ilin Yanvar ayında 49,1 milyon manata düşüb.

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların qeyri-faiz gəlirləri 21,8 milyon manat çox olub. Qeyri-faiz gəlirləri ötən ilin Yanvarında 30,6 milyon manat ikən, cari ilin Yanvarında 52,4 milyon manat təşkil edib.

Bankların qeyri- faiz xərcləri 68,7 milyon manatdan 80,7 milyon manata qalxıb.

Bankların gəlirlərinin artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti də artıb. Ötən ilin Yanvarında 58 milyon manat təşkil etmiş əməliyyat mənfəəti 2019-ci ilin yanvarında 78,2 milyon manat olub.

2018-ci ilin Yanvarında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 28.8 milyon manatı azad olduğundan bankların xalis mənfəəti 86,7 milyon manat təşkil etmişdi.

2019-cu ilin Yanvarında əməliyyat mənfəətinin 32.9 milyon manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 42.6 milyon manat təşkil edib.

Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)

(mln. manatla)

Mənfəət və zərər maddələri

31.01.2018

31.01.2019

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

146.9

162.0

1.1 Kreditlər üzrə faizlər

91.9

114.2

- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar

 

6.4

2. Faiz və onlara bağlı xərclər

50.8

 49.1

2.1 depozitlər üzrə faizlər

31.8

31.5

3. Xalis faiz gəliri (zərəri)

96.1

106.5

4. Qeyri-faiz gəlirləri

30.6

52.4

5. Qeyri-faiz xərcləri

68.7

80.7

6. Əməliyyat mənfəəti (zərəri)

58.0

78.2

7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

 

(28.8)

32.9

 

8. Digər gəlirlər (xərclər)

 

1.8

2.6

 

9. Vergilər ödənilənədək mənfəət (zərər)

 

88.6

47.9

 

10. Mənfəətdən vergilər

 

1.9

5.3

 

11. Xalis mənfəət (zərər)

86.7

42.6

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et