Bankların Bahar kampaniyaları – 2024 | Banco.az

Bankların Bahar kampaniyaları – 2024

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yazın gəlişi səbəbilə ölkə bankları bir sıra kampaniyalara start veriblər. 

Banco.az müştərilərin bu endirimlərdən xəbərdar olması və onlardan yararlana bilməsi üçün bankların bahar kampaniyalarını təqdim edir: 

ABB

Bankda 3 kampaniya mövcuddur.

1. Kampaniya çərçivəsində bankın "TamKart" taksit kartı vasitəsilə 50 AZN-dən yuxarı ödəniş edərək 5 AZN keşbek əldə etmək fürsətinə sahib olacaqsınız. Kampaniyadan 3 dəfə yararlanaraq 15 AZN qazana bilərsiniz. Bu gəlirli kampaniyadan 5 aprel tarixinədək yararlanmaq mümkündür. 

Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/3phvzj9f

2. ABB həmçinin "Kredit Baharı" nağd kredit kampaniyasına da start verib. Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt əldə edə biləcəklər.

Belə ki, digər banklardakı aktiv kreditini bağlayaraq krediti ABB-dən əldə edən müştərilər kreditin faiz dərəcəsinə 4%-dək güzəşt əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsində əlavə 1% də güzəşt ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu bahar fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.

Kampaniya 30 aprel 2024-cü il tarixinə qədər davam edəcək.

Ətraflı: https://tinyurl.com/2frh8yrs

3. Bank 19.03.2024 – 21.03.2024 tarixləri aralığında ilaxır çərşənbə olan Torpaq çərşənbəsinə özəl ABB mobile üzərindən avtoödənişlə edilən İnternet və TV ödənişlərinə əlavə 10% keşbek qazanmaq imkanı yaradıb.

Kampaniyanın şərtləri:

  • TamKart (taksit və debet) kartını yeni əldə edən və mövcud TamKart-lılar, əməkhaqqı və təqaüd kart sahibləri Torpaq çərşənbəsində İnternet və TV ödənişlərinə əlavə 10% keşbek qazanacaqlar.
  • Kampaniyadan yararlanmaq üçün ilk öncə "Faydalı keşbek" paketi seçmək lazımdır.
  • Yalnız avtoödəniş (3%) ilə edilən İnternet və TV ödənişlərinə əlavə 10% keşbek hesablanacaq.
  • Kampaniya müddətində bir müştərinin qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.

Ətraflı: https://tinyurl.com/3rby5xym

Azər Türk Bank

Azər Türk Bank istehlak kreditləri üzrə müştərilər üçün daha sərfəli yeni kampaniyaya başlayıb. Kampaniya müddətində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.

Həmçinin müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər. 24 ayadək götürülən kreditlər üzrə heç bir komissiya nəzərdə tutulmayıb.

Kampaniya 30 mart daxil olmaqla, həmin tarixədək davam edəcək.

Ətraflı məlumat: https://tinyurl.com/59wz7e55

AccessBank

Bank yazın gəlişi münasibəti ilə "Gəlirli bahar gəlir" depozit kampaniyasına start verib. Kampaniya çərçivəsində 6-12 ay müddətinə yerli valyutalı əmanətlər üzrə illik faiz gəliri 11%, xarici valyuta üzrə əmanətlər üzrə isə 4% təşkil edir. Faiz gəlirləri əmanətin müddətindən asılı olaraq dəyişir. 

"Gəlirli bahar gəlir" əmanət kampaniyası 01.05.2024-cü il tarixinədək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün keçid edin: https://tinyurl.com/4vptcnb9

Bank BTB

Bank BTB rəsmi iş yeri olmayan və təcili pula ehtiyacı olan şəxslərə Lombard krediti üzrə sərfəli şərtlərlə kampaniya təklif edir.

Şərtlərə əsasən Bank BTB-yə müraciət edən hər bir vətəndaş qızıl və qızıl zinət əşyalarını girov qoymaqla 50 000 AZN-dək pul vəsaitini illik 17%-dən 12 ay müddətinə əldə edə bilər. Kampaniya yeni və təkrar müştərilərə şamil edilir.

Ətraflı: https://tinyurl.com/5h2yt958

Bank of Baku

İndi Bank of Baku-dan kredit əldə edərək 5 000 AZN kredit üçün ayda 147 yox, min. 125 AZN, 8 000 AZN kredit üçün ayda 235 yox, min. 199 AZN, 10 000 AZN kredit üçün isə ayda 300 yox, min. 250 AZN ödəmək imkanı əldə edə bilərsiniz.

Kredit sifarişi üçün keçid edin: https://tinyurl.com/5fx6aa88

Bank Respublika

Bankda hazırda 2 kampaniya mövcuddur.

1. Bank "İki sıfır - sənin xeyrinə" adlı nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində siz nağd kreditləri 0 komissiya və 0 zaminlə götürə biləcək, iki dəfə qazanmış olacaqsınız.

Bundan başqa, banka müraciət edən istənilən peşə sahibləri kampaniyası çərçivəsində nağd kreditləri illik min. 10%-lə və daha sərfəli şərtlərlə əldə etmək imkanı qazanacaq:

  • Maksimal məbləğ – 50.000 AZN
  • Müddət – 48 ayadək
  • Güzəşt müddəti – 3 ay
  • Sığorta xərci – yoxdur

Kampaniya - 30 aprel 2024-cü il tarixinədək davam edəcək.

Ətraflı: https://tinyurl.com/2kmbvjsa

2. Digər kampaniya ilə bank kiçik biznes sahibləri üçün növbəti yenilik edib. Belə ki, yeniliyə əsasən ölkəmizdə ilk dəfə olaraq Bankdan mikro və aqro kredit götürən sahibkarlar  keşbek qazanmaq imkanı əldə edəcək.

"Keşbekli Mikro Kredit" kampaniyası çərçivəsində Bankdan kredit götürən müştərilər, müddətin ilk 3 ayında Bankdan aylıq faiz ödənişi məbləğinin 2%-dək keşbək qazanacaqlar. Bunun üçün müştərilərin kredit ödənişlərini qrafikə uyğun olaraq gecikmədən həyata keçirmələri kifayətdir.

Kredit üzrə illik faiz dərəcəsi - min. 10%, maksimal məbləğ - 50.000 manatadək, müddət - 48 ayadək təşkil edir.

Kampaniya 1 aprel 2024-cü il tarixinədək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/3dx2p97m

Bank VTB

Bankda hazırda 2 kampaniya mövcuddur. Birincisi, biznes krediti əldə etmək istəyən müştərilər üçündür. Belə ki, hazırda mikro, kiçik və orta biznes sahibləri biznes kreditini 0% komissiya ilə əldə edə bilərlər.

  • Komissiya – 0%
  • İllik faiz – KOB üçün 12%-dən,
  • Mikro kreditdə 17%-dən

Kampaniya müddəti məhduddur.

İkincisi isə nağd pula ehtiyacı olan müştərilər üçündür. Belə ki, müştərilərin nağd pula ehtiyac olarsa, VTB-yə müraciət edib, internet bankda rəsmiləşdirilən kreditə 1%-dək endirim əldə edə bilərlər. 

Digər şərtlər:

  • sənədlərin SİMA İmza ilə təsdiqlənməsi
  • maksimal məbləğ 50 000 AZN
  • zaminsiz və komissiyasız

Ətraflı məlumat üçün keçid edin: https://vtb.az/

Expressbank

Bank başqa bankda krediti olanlara komissiyasız kredit təklif edir. Yəni, müştərilər digər bankda olan kreditini "Expressbank"a gətirə, krediti heç bir komissiya olmadan əldə edə bilərlər.

  • İllik faiz: 10.9%-dən
  • Komissiya: 0-4%
  • Yaş: 20-65 (kreditin bitmə tarixinədək)

Ətraflı: https://tinyurl.com/mxb9zupc

Bank ilaxır çərşənbəyə özəl 0% komissiya ilə kredit kampaniyasına start verib. Belə ki, 18 və 19 mart tarixlərində 70 000 manatadək krediti KOMİSSİYASIZ əldə etmək mümkün olacaq. Kredit maaş məbləğindən asılı olmayan faiz ilə, illik 10,9%-dən başlayır. Həmçinin, krediti indi alıb əsas məbləğ üzrə ödənişə iyunda başlamaq mümkündür.

Qeyd edək ki, bu kampaniya başqa bankdan kreditini gətirən şəxslərə də şamil olunur.

Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/59ba367z

Kapital Bank

Bankın kampaniyası çərçivəsində 13-19 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək "Trendyol" və "Umico Market" kateqoriyaları üzrə ilk birdəfəlik 50 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 20 AZN qazanacaqlar.

Kampaniyadan yararlanmaq üçün linkə keçid edin: https://tinyurl.com/3u4bmdsw

Rabitəbank

1. Bank müştərilərinə planlarını rahatlıqla həyata keçirmək üçün nağd pul krediti üzrə "Bahar kampaniyası" təklif edir. Kampaniyada müştəri seqmentlərinə uyğun olaraq xüsusi güzəştlər təqdim olunur. Belə ki, başqa bankın kreditini Rabitəbank-a transfer edənlər üçün 0% komissiya nəzərdə tutulur.

  • İllik faiz dərəcəsi: 11.5%-dən
  • Məbləğ: 30 000 AZN-dək
  • Kreditin müddəti: 48 ayadək

Kampaniya 30 aprelədək davam edəcək.

Ətraflı məlumat: https://tinyurl.com/4jchzy5s

2. Bankda davam edən digər kampaniya çərçivəsində dollar əmanətiniz həm etibarlı, həm də daha qazanclı olacaq. Belə ki, dollar valyutası ilə yerləşdirəcəyiniz əmanətiniz illik 3,8%-dək əlavə gəlir qazandıracaq.

Aprelin 1-dək davam edəcək kampaniyadan yararlanmaq üçün keçid edin: https://tinyurl.com/5yjx7rex

Yelo Bank

Bank müştərilərinə 50 000 AZN-dək istehlak kreditini cəmi 9.5% ilə əldə etmək imkanı yaradıb. Kampaniyadan 29 marta qədər faydalana bilərsiniz.

Kredit sifarişi üçün keçid edin: https://tinyurl.com/5dpktkd6

Xalq Bank

Bank Novruz bayramı günlərində XalqKart sahibləri üçün bol qazanclı kampaniyaya start verir. Belə ki, 18–26 mart tarixlərdə XalqKart sahibləri 4 kateqoriya üzrə alış-verişlərdə bayrama özəl əlavə 7% keşbek əldə edəcəklər.

Beləliklə, kampaniya ərzində XalqKart Petrol kartı bütün kafe və restoran, geyim və aksesuar, şirniyyat mağazalarında, eləcə də hotel və turizm xidmətləri üzrə nağdsız ödənişlərdən cəmi 10%, XalqKart Cashback kartı isə 9% qazandıracaq.

Ətraflı məlumat: https://tinyurl.com/3r359m3n

Unibank

Bank baharın gəlişi münasibəti ilə sahibkarlar üçün çox sərfəli kredit kampaniyası keçirir.

Belə ki, "Bahar endirimi" kampaniyası çərçivəsində Unibank-dan kredit götürən mikro və kiçik sahibkarlar 100 min manatadək biznes kreditini 4%-dək endirimlə və çox aşağı komissiya ilə əldə edə biləcəklər. Kampaniya martın 31-dək davam edir və 36 ayadək verilən bütün təminatsız kreditlərə şamil olunur.

Ətraflı: https://tinyurl.com/bpaxhypv

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et