Banklar kredit güzəştlərilə bağlı AMB-nin tövsiyəsinə əməl edəcəklər | Banco.az

Banklar kredit güzəştlərilə bağlı AMB-nin tövsiyəsinə əməl edəcəklər

Azərbaycan bankları koronavirusun iqtisadiyata və biznesə təsirini azaltmaq üçün Azərbaycan Mərkəzi Bankının (AMB) banklara etdiyi tövsiyələrə əməl etməyi qərara alıblar.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, bu məsələ ABA-nın ötən gün keçirilən iclasında müzakirə edilib: «Tədbirlər planında hər bir bank üçün həm icrası məcburi olan məsələlər, həm də tövsiyələr var. İclasda ilk növbədə tədbirlərdən irəli gəən praktik məsələlər müzakirə olunub».

İclasda müzakirə edilən məsələlərdən biri bu tövsiyalərin icrasının mümkünlüyü ilə bağlı olub. Məsələ bundadır ki, banklar kommersiya strukturu olduğuna görə, AMB banklara bəzi məsələlərlə bağlı (məsələn borcalanlara güzəşt edilməsi ilə bağlı) yalnız tövsiylər edə bilər:

«İclasda qərara alındı ki, AMB-nin bu tövsiyflərinə əməl olunması məqbul hesab edilsin və hər bir bank öz prosedur və qaydalarına müvafiq dəyişiklik etməklə bu tədbirləri həyata keçirəcək. Hər bir bank ayrıca götürülmüş şəkildə bu tədbirləri icra etməli olacaq. Yəni iclasın əsas nəticəsi o oldu ki bütün banklar bu tövsiyələrin icrası üçün səfərbər olsunlar. Bunun üçün hər bir bank öz daxili qaydalarına müəyyən dəyişikliklər etməli olacaq».

Zakir Nuriyev bildiib ki, AMB tərəfirndən banklarla bağlı bəzi tələblərin yumşaldılması banklara imkan verəcək ki, həmin tövsiyylərəi yerinə yetirsinlər:

Ən sərfəli kredit üçün müraciət et

«Hazırda həm AMB, həm də banklar prosesləri izləyirlər və ilkin nəzərdə tutulan tədbirləri həyata keçirirlər. Proses davam edəcək və qarşıda əlavə hansı tədbirlərə ehtiyac yaransa, müvafiq addımlar atılacaq». 

fed.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et