Banklar əhaliyə 500 milyon manatdan çox depozit faizləri ödəyiblər | Banco.az

Banklar əhaliyə 500 milyon manatdan çox depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin dekabr aylarının əvvəlinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər ötən ayın əvvəli ilə müqayisədə 56.6 milyon manat (11.7%) artaraq 536.5 milyon manata çatıb. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 123.9 milyon manat (30.1%) çoxdur.

2022-ci ilin 11 ayında banklar 412.6 milyon manatlıq depozit faizləri ödəyiblər.

Qeyd edək ki, hesabat ayları ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 755.7 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et