Banklar əhaliyə 480 mln. manat depozit faizləri ödəyiblər | Banco.az

Banklar əhaliyə 480 mln. manat depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin noyabr ayının 1-nə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər oktyabr ayının əvvəli ilə müqayisədə 30 milyon manat (6.7%) artaraq 479.9 milyon manata çatıb. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 112.3 milyon manat (30.5%) çoxdur.

2022-ci ilin 10 ayında banklar 367.6 milyon manatlıq depozit faizləri ödəyiblər.

Qeyd edək ki, hesabat ayları ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 677.9 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et