Bankçılıq nəhəngi ABŞ inflyasiyası ilə bağlı müsbət proqnoz verib | Banco.az

Bankçılıq nəhəngi ABŞ inflyasiyası ilə bağlı müsbət proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” gələn il inflyasiyanın “əhəmiyyətli dərəcədə” azalacağına inanırlar.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Goldman Sachs”ın iqtisadçılarına görə, gələn il ölkə inflyasiyası tədarük zəncirindəki çətinliklərin azalması və əmək haqqı artımının ləngiməsi ilə əlaqədar əhəmiyyətli dərəcədə azalacaq.

Jan Hatziusun başçılıq etdiyi “Goldman Sachs” analitikləri 2023-cü ilin dekabr ayı üzrə hazırki 5,1 faizlik nüvə inflyasiya proqnozunu 2,9 faizə endiriblər. 

Mənzil inflyasiyasında pik həddin qeydə alındığı və artıq bundan sonra azalmanın olacağı, bunun da özlüyündə xidmət inflyasiyasının aşağı düşməsinə səbəb olacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et