Bank sektorunun mənfəəti 2 dəfədən çox azalıb | Banco.az

Bank sektorunun mənfəəti 2 dəfədən çox azalıb

BANK SEKTORUNUN 30İYUN 2017-ci İL TARİXİNƏ İCMAL GÖSTƏRİCİLƏRİ AÇIQLANIB.

Banco.az portalı xəbər verir ki, bank sektoru ilin ilk yarısını mənfəətlə bitiriblər. Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30iyun 2017-ci il tarixinə cəmi xalis mənfəəti 84.9 mln. manat təşkil edib.

Bank sektorunun xalis mənfəəti 1 ay ərzində 2 dəfə azalıb. Belə ki, 31 may 2017-ci ildə bankların cəmi xalis mənfəəti 178.2 mln. manat təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank sektoru ötən ili 1 mlrd. 668 mln. manat xalis zərərlə bitirmişdi. 

30 iyun 2017-ci il tarixinə bank sektorunun əməliyyat mənfəəti 508.8 mln. manat, vergilər ödənilənədək mənfəəti 102.3 mln. manat olub. Mənfəətdən isə 17.4 mln. manat vergi ödənilib.

Ən sərfəli krediti almaq üçün müraciət et