Bank sektorunun aktivləri 5% artıb | Banco.az

Bank sektorunun aktivləri 5% artıb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 272,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,05% çoxdur. 

Bankların aktivlərinin 13 285,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,8%-dən 42,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5,4% artaraq 26 711,4 milyon manata çatıb, o cümlədən depozit portfeli 21,3% azalaraq 19,94 milyon manata düşüb. Bunun 7 657,5 milyon manatı fiziki, 12 282,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,2% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 20,7% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 76,5% artaraq 438,3 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sektorun balans kapitalı isə 3,2% artaraq 4 561,4 milyon manat təşkil edib. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et