Bank sektoru ilin əvvəlindən 16%-dən çox kiçilib | Banco.az

Bank sektoru ilin əvvəlindən 16%-dən çox kiçilib

Azərbaycan bank sektorunun cəmi aktivləri bu il noyabrın 1-nə 26 311,6 mln. manat təşkil edib.

Banco. az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 16,3% azdır.

Bankların aktivlərinin 38,2%-ni və yaxud 10 056,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4% azalaraq 23 216,6 mln. manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 15 640,4 mln. manata düşüb. Bunun 7 250,2 mln. manatı fiziki şəxslərin, 8 390,2 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-oktyabrda əhalinin əmanətləri 2,45%, şirkətlərin vəsaitləri isə 6,55% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəlində bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 66,6% azalaraq 566,6 mln. manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 62,1% artaraq 3,095 mln. manata çatıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et