“Bank Respublika”nın rəhbərliyi dəyişib | Banco.az

“Bank Respublika”nın rəhbərliyi dəyişib

 Martın 28-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda Şakir Rəhimov bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elçin Quliyevi əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, səhmdarlar Bankın nizamnamə kapitalının daha 20 mln. manat artırılmasına qərar veriblər.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 57,461 mln. manatdır. 

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et