Bank Respublika Torpaq çərşənbəsində kreditlər üzrə faizləri endirəcək! | Banco.az

Bank Respublika Torpaq çərşənbəsində kreditlər üzrə faizləri endirəcək!

Milli bayramımız olan Novruz Bayramı münasibətilə, “Bank Respublika”nın başlatdığı “Qazandıran çərşənbələr” kampaniyası sona çatır. Dördüncü çərşənbə olan - Torpaq çərşənbəsində, Bank bayram xərclərini qarşılamaq və ya özlərini eləcə də yaxınlarını sevindirmək istəyən müştərilərini sevindirəcək.

Belə ki, Bank yalnız bir gün 19 mart tarixində, nağd kredit şərtlərində dəyişiklik edərək, faizləri aşağı salıb və kreditin verilməsi şərtlərini sadələşdirəcək. Banka müraciət edən müştərilər, müddəti 1 il olan nağd istehlak kreditini 16%-lə və daha əlverişli şərtlərlə əldə edə biləcək! Kreditin maksimal mәblәği 20 000 manat təşkil edir. Rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə biləcək.

Bankın bütün müştəriləri vaxt itirmədən bankın rəsmi saytında, eləcə də WhatsApp Kredit xidmətindən istifadə edərək, 050 2459144 nömrəsinə yazaraq kredit sifarişi edə bilərlər. Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə kredit borclarını və digər ödənişlərini banka gəlmədən rahat şəraitdə həyata keçirə bilər.

Baharın gəlişi ilə əzizlərinizə hədiyyə almaq və ya öz arzularınızı həyata keçirmək istəyirsinizsə bu fürsəti əldən verməyin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç