"Bank Respublika" -nın səhmdarlarının pay bölgüsü yenidən dəyişib! | Banco.az

"Bank Respublika" -nın səhmdarlarının pay bölgüsü yenidən dəyişib!

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş məlumatdan məlum olur.

Məlumata görə, dəyişilik Bankın nizamnamə kapitalının 6 000 001 manat və yaxud 8,89% artırılaraq 73 461 089,1 manata çatdırılması nəticəsində baş verib. 

Belə ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,45 manat olan  2 448 980 ədəd sənədsiz, adlı yeni səhm buraxılıb. "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə bağlanmış insayder əqdləri nəticəsində qiymətli kağızları "Bank Respublika"nın 2 səhmdarı - Almaniyanın "DEG" investisiya şirkət və Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) üzvü olan Natiq Saday oğlu Quliyev müvafiq olaraq 2 428 571 və 20 409 ədəd olmaqla əldə edib.

Son nəticədə onların "Bank Respublika"dakı payı müvafiq olaraq 9,2550%-dən 16,5986%-ə və 53,7243%-dən 49,4044%-ə dəyişib.

Bundan başqa, Almaniyanın "Sparkassen International Development Trust" şirkətinin payı 4,6275%-dən 4,2495%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 8,4268%-dən 7,7385%-ə, Sevda Saday qızı Quliyevanın payı 8,0669%-dən 7,408%-ə, Saday Əsəd oğlu Quliyevin payı 7,9755%-dən 7,3241%-ə, Mariya Heydər qızı Quliyevanın payı 7,8113%-dən 7,1733%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,1127%-dən 0,1035%-ə dəyişib. 

Başqa sözlə, Almaniya şirkətləri "Bank Respublika"da payını 13,88%-dən 20,85%-ə çatdırıb, Quliyevlər ailəsi isə payını 86%-dən 79,05%-ə endirib.  

“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü

 

Səhmdarlar

 

Əvvəl

İndi

Səhm

sayı

Faiz

nisbəti

Səhm

sayı

Faiz

nisbəti

"DEG" investisiya şirkəti (Almaniya)

2 548 372

9,2550%

4 976 943

16,5986%

"Sparkassen International Development Trust" şirkəti (Almaniya)

1 274 179

4,6275%

1 274 179

4,2495%

Natiq Saday oğlu Quliyev

14 793 070

53,7243%

14 813 479

49,4044%

Elçin Saday oğlu Quliyev

2 320 331

8,4268%

2 320 331

7,7385%

Sevda Saday qızı Quliyeva

2 221 229

8,0669%

2 221 229

7,4080%

Saday Əsəd oğlu Quliyev

2 196 078

7,9755%

2 196 078

7,3241%

Mariya Heydər qızı Quliyeva

2 150 841

7,8113%

2 150 841

7,1733%

Digər 3 hüquqi və 9 fiziki şəxs

31 038

0,1127%

31 038

0,1035%

Cəmi

27 535 138

100,0000%

29 984 118

100,0000%

Nizamnamə kapitalı

67 461 088,1 manat

73 461 089,1 manat

Ən sərfəli kredit üçün müraciət et

 

© "Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et