Bank of America türk lirəsindəki ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırıb | Banco.az

Bank of America türk lirəsindəki ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bank of America (BofA) Dollar/TL məzənnəsinin son rübdə 30 səviyyəsinə çatacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Bank of America strateqlərinin fikrincə, neft qiymətlərinin bahalaşmasının potensial volatillik artımına səbəb olması ilə xalis neft idxalçıları olan Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunda yerləşən ölkələrin valyutalarının performansı zəifləyə bilər.

Belə ki, bank Türkiyə, Polşa və Macarıstanın valyutalarında dəyər itkiləri gözləyir.

Hazırda 27,30 səviyyələrində ticarət olunan Dollar/TL məzənnəsinin sonuncu rübdə 30 faizə çatacağı ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et