"Bank Melli İran-Baku"nun öhdəlikləri 41% artıb | Banco.az

"Bank Melli İran-Baku"nun öhdəlikləri 41% artıb

"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, filial ötən ilin eyni dövründə 1 milyon 336 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 35% artıb. 

Cari ilin yanvar-sentyabr dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 164 min manat, qeyri-faiz gəlirləri isə 221 min 215 manat təşkil edib.

Bütün xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 800 min manat xalis mənfəəti qalıb.

2017-ci ilin 9 ayı ərzində Bankın faiz gəlirləri 2 milyon 263 min manat, qeyri-faiz gəlirləri (haqq və komissiya gəlirləri)150 min 552 manat təşkil etmişdi.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR AZALIB

Ən sərfəli kredit üçün müraciət et

Bankın müştərilərə verdiyi kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 30 Sentyabr 2018-ci il tarixində 3 milyon 626 min manatadək düşüb. 30 Sentyabr 2017-ci il tarixində Bankın müştərilərə verdiyi cəmi kreditlər 7 milyon 162 min manat təşkil etmişdi.

Müqayisə olunan dövrdə Bankın qiymətli kağızlara investisiyaları 12 milyon 436  min manatdan 15 milyon 763 min manata qalxıb.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et