“Bank Melli Iran” Bankı yarımili mənfəətlə bitirib | Banco.az

“Bank Melli Iran” Bankı yarımili mənfəətlə bitirib

“Bank Melli Iran” Bankı filialı 2017-ci ilin birinci yarısına olan maliyyə nəticələrini açıqlayıb.

Bankın maliyyə nəticələrinə isitnadən edən Banco.az portalı xəbər verir ki, Bank cari ilin ilk yarısını 750 min 502 manat mənfəətlə başa vurub.

Bankın faiz xərcləri 24 min 271 manat, inzibati xərcləri isə 785 min 214 manat təşkil edib.  Həmçinin xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərclər 166 min 18 manat təşkil edib. Bununla yanaşı bank 104 min  872.91manat vəsaiti xüssusi ehtiyatlar kimi ayırıb.

Bank Melli Iran 2017-ci ilin birinci yarasında 750 min 502 manat xalis mənfəət əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank Melli Iran həmçinin balans hesabatını açıqlayıb. Bankın aktivləri içərisində “Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar” – daha əhəmiyyətli paya malik olub, 43 mln 716 min manat təşkil edir. İlin əvvəli ilə müqayisədə göstərici 22% artıb.  Bankın qiymətli kağızlarda olan investisiyaları 14,3 mln manat civarındadır.  Ən əhəmiyyətli artım bankın cəmi balans kapitalında qeydə alınıb. Balans kapitalı 21, 9 mln manatdan 63,3 milyon manata yüksəlib.  Bu isə bankın nizamnamə kapitalının 51,4 mln manatda 73,6 mln manata yüksəlməsi ilə bağlıdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et