Bank əmanətlərinin 93%-i Bakıdadır – SİYAHI | Banco.az

Bank əmanətlərinin 93%-i Bakıdadır – SİYAHI

Azərbaycan Mərkəzi Bankı(AMB) bölgələr üzrə qoylan əmanətlərin həcimini açıqlayıb.

2018-ci ilin 1 avqust tarixinə ölkə üzrə qoylan əmanət yerli və xarici valyuta ilə birlikdə 8 milyard 49,5 milyon manat olub.
 
Əmanətlərin 7,4 milyard manatı və ya 93,3%-i banklara Bakı şəhərində qoyulub.
İkinci sırada 184,4 milyon manat, yəni 2,3%-ilə Abşeron iqtisadi rayonu durur. Qeyd edək ki, Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.
Banklara qoylan cəmi əmanətlərin orta faiz dərəcəsi 4,1% təşkil edib. Amma manat və dollar əmanətlərinin faiz ldərəcəsi arasında kəskin fərq var. Belə ki, manat üzrə əmanətlərin orta dərəcəsi 7,5%, dollarda isə illik 2,1% təşkil edir.
 
Əmanətlərdə ən yüksək orta faiz dərəcəsi 6,5% ilə Lənkəran iqtisadi rayonu, ən az orta faiz dərəcəsi isə 1,9% ilə Naxçıvanın payna düşür. İqtisadi rayonlar üzrə kredit göstəriciləri və orta faiz dərəcəsi aşağdakı cədvəldə göstərlib.

 

Bölgələr Depozitin həcmi (milyon manat) Orta faiz dərəcəsi
Bakı şəhəri 7 432,3 4,0%
Abşeron 184,4 6,3%
Gəncə-Qazax 133,2 5,8%
Aran 105,6 4,5%
Quba-Xaçmaz 50,3 6,2%
Lənkəran 45,0 6,5%
Naxçıvan 38,0 1,9%
Şəki-Zaqatala 36,0 3,8%
Dağlıq Şirvan 15,5 5,2%
Yuxarı Qarabağ 8,9 4,4%
Kəlbəcər-Laçın 0,0 0,0%

 

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et