"Bank aktivlərin dəyərsizləşməsinin qarşısı 2021-ci ildən alına bilər" | Banco.az

"Bank aktivlərin dəyərsizləşməsinin qarşısı 2021-ci ildən alına bilər"

“Azərbaycan bankları onların bizneslərinin inkişafına və qazanc perspektivlərinə mane olan artan problemlərlə üz-üzədir. Bu və davamlı xarici təhlükələr bankların kapital ehtiyatlarına, aktivlərin keyfiyyətinə və maliyyə sabitliyinə əvvəllər nəzərdə tutulduğundan daha çox ziyan vura bilər”.

Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin açıqladığı hesabatda deyilir.

“Biz ehtimal edirik ki, vaxtı keçmiş kreditlərin (Non-Performing Loan – NPL) həcmi 2019-cu ildəki 8 %-lik göstəricidən 2020-2021-ci illərdə 12-15 %-ə çatacaq. Eyni zamanda NPL-in yüksək həddinin və aktivlərin keyfiyyətinin dəyərsizləşməsinin qarşısı 2021-ci ildən etibarən alına biləcəyinə inanırıq. Beləliklə əlavə ehtiyatların yaradılması Azərbaycan bank sektorunun mənfəətliyini 2020-2021-ci illərdə də yubada bilər.

Bir neçə il bundan qabaq [2015-ci ildə] Azərbaycan manatının kəskin qiymətsizləşməsi bank aktivləri ilə öhdəliklər arasında uzun müddət ərzində valyuta disbalansığına səbəb oldu. Nəticədə isə bankların müştəri hesablarında xarici valyutanın payının artmasına (60 %-dən çox) gətirib çıxartdı.

Ən sərfəli kredit üçün müraciət et

AZN/USD paritetinin nizamsız dəyişkənliyi makroiqtisadi mühitin destabilizasiyasına və bank sektorunda kredit risklərinin yüksəlməsinə gətirib çıxara bilər”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et