Balanslaşdırılmış Göstəricilər Sisteminin (BalancedScorecard) strateji idarə etmədə rolu | Banco.az

Balanslaşdırılmış Göstəricilər Sisteminin (BalancedScorecard) strateji idarə etmədə rolu

Şirkətlər strateji hədəflərinə çatmaq üçün performanslarını artırmaq haqqında daim düşünürlər. Dünyada bu məqsədlə yaradılmış və istifadə edilmiş bir çox biznes modellərin mövcud olmasına baxmayaraq,praktik olaraq tətbiq olunan və uğurlu nəticələr əldə edən metodların sayı o qədər də çox deyil. Hal-hazırda dünyanın qabaqcıl biznes, sənaye, hökumət və qeyri-kommersiya təşkilatlarında istifadə olunan ən əsas metodlardan biri Balanced Scorecard metodudur.

Balanced Scorecard biznes əməliyyatlarını şirkətin strategiyasına uyğunlaşdıran, şirkətin strateji məqsədlərinə qarşı fəaliyyətini yoxlayan, daxili və xarici kommunikasiyanı nizamlayan strateji planlama və idarəetmə sistemidir. Harvard Biznes Məktəbindən Robert Kaplan və David Norton tərəfindən 90-cı illərin əvvəllərində hazırlanan sistem şirkətlərin performansının balanslaşdırılmış şəkildə idarə edilməsi üçün ənənəvi maliyyə göstəricilərinə qeyri-maliyyə göstəricilərini əlavə etməyi nəzərdə tutur.

Balanced Scorecard sisteminin əsasında dayanan əsas prinsip şirkətin məqsədlərini və onlara uyğun KPI-ları 4 əsas perspektiv üzrə yaratmaqdır. Bu modelinin 4 əsas perspektivləri aşağıdakılardır:

  1. Maliyyə perspektivi - Bu perspektiv şirkətin fəaliyyətinin gəlir və mənfəət göstəricilərini özündə ehtiva edir.
  2. Müştəri perspektivi - Müştəri perspektivi maliyyə hədəflərinin əldə edilməsi üçün məhsul və xidmətlə bağlı əldə etməli olan nəticələri göstərir.
  3. Daxili biznes prosesləri - Daxili biznes prosesləri ilə bağlı göstəricilər müştəri göstəricilərində uğurlu olmaq üçün şirkətin hansı biznes proseslərində səmərəli işləməli olduğunu göstərir.
  4. Öyrənmə və İnkişaf – Bu göstəricilər şirkətin uzun müddətli hədəflərinə çatmaq üçün infrastruktur, personal və digər boşluqların aradan qaldırılmasını təmin edən göstəriciləri özündə əks etdirir.

Balanced Scorecardsistemini tətbiq edərkən şirkətlər  aşağıdakıları məqamların bir-biri ilə qarşılıqlı inteqrasiyasının yaratmış olacaqlar:

  • Şirkətin missiyası
  • Şirkətin strateji planı/vizionu
  • Şirkətin maliyyə vəziyyəti
  • Şirkətin cari strukturu və əməliyyat sistemi
  • İşçilərin təcrübə səviyyəsi
  • Müştəri məmnuniyyəti səviyyəsi

Həmçinin, bu  sistemi tətbiq etməklə şirkətləraşağıdakı nəticələri əldə etmiş olacaqlar:

Ən sərfəli kredit üçün müraciət et

  • Təkmilləşdirilmiş proseslər
  • Motivasiyalı işçilər
  • Əhatəli məlumat sistemləri
  • Uğurun ölçülməsi imkanı
  • Daha yaxşı müştəri məmnuniyyəti
  • Artan maliyyə imkanlarından istifadə

Göründüyü kimi Balanced Scorecard korporativ strategiyanın formalaşması və uğuru ölçməklə yanaşı,ümumilikdə hər bir elementin şirkətin uğuruna nə qədər və necə təsir etdiyini də ölçməyə şərait yaradır.

Beynəlxalq biznes aləmində belə bir deyim var: “Ölçə bilmədiyinizi idarə edə bilməzsiniz”. Yəni,biznesdə proseslərin yaxşıya və ya pisə doğru getdiyini görmək üçün onu ölçmək lazımdır. Buna görə dəBalanced Scorecard,KPİ-lar ilə nəticələrin ölçülməsi, həmçinin şirkətin məqsədləri və əməkdaşlarının performansı arasında uyğunluq yaradır. Həmçinin, Balanced Scorecardgörə korporativ strategiya müştərilərə fokus olmaqdan və maliyyə göstəriciləri ilə bərabər daxili proseslər və öyrənmə və inkişafla bağlı göstəriciləri nəzərdə tutur.

Əksər azərbaycanlı sahibkarlar şirkətlərin yalnız maliyyə göstəricilərinə fokuslanırlar. Bildiyimiz kimi  maliyyə göstəriciləri keçmişdə olan fəaliyyətlə bağlı bəzi məlumatları əks etdirir. Bu məlumatlar şirkət üçün daha önəmli olan gələcəkdə perspektivlərlə bağlı heç nənümayiş etdirmir. Bu prinsip hər kəs tərəfindən qəbul edilsə də, praktikada sistemli şəkildə tətbiq edilmir.

Buna görədə Azərbaycan şirkətlərində uzunmüddətli artım və hədəflənmiş inkişafanail olmaqda çətinliklər olur və Azərbaycan şirkətlərində daha geniş və hərtərəfli strateji idarə etmə sisteminə ehtiyac var. Balanced Scorecard dünyada bu məqsədlə istifadə edilən ən məşhuridarə etmə modeli hesab olunur. Çünki,Balanced Scorecardkeçmiş nəticələri ölçməklə yanaşı, həm də şirkətin ümumi strategiyasında müxtəlif departamentlər, şöbələr və insanlar arasında balanslaşdırılmış uyğunluq yaradır.Göründüyü kimi busisteminəsas üstünlüyü buyanaşmanın 4 əsas perspektiv üzrəgöstəricilərini özündə birləşdirmə imkanının olmasıdır. Bu modelindigərüstünlüyü bütün göstəricilər arasında qarşılıqlı əlaqələrinin qurulması və inteqrasiya olunmasıdır. Şirkət daxilində belə bir əlaqə mövcud olduğu zaman hər hansı bir istiqamətdə yarana biləcək problemin digər göstəricilər vasitəsilə daha öncədən görülməsi və həll olunması imkanı yaranmış olur. Bununlada şirkət rəhbərləri qərar vermək və idarəetmə üçün tələb edilən əsas məlumatları strukturlaşdırılmış şəkildə əldə edə bilir.

Məqalənin müəllifi Marketinq və Biznesin İnkişafı üzrə fəaliyyət göstərən expert Fuad Cəfərovdur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et