Bakıda ticarət dövriyyəsi 3 % artıb | Banco.az

Bakıda ticarət dövriyyəsi 3 % artıb

Bu ilin I yarısında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artaraq 11 007,3 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verilir.

Məlumata görə, son 1 ildə paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,6 % artaraq 5 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 0,4 % artaraq 5296,9 milyon manata çatıb.

İstehlak məhsullarının 35,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et