Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər | Banco.az

Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər

"Bakı Metropoliteni" QSC-nin şərti adı “B3” olan stansiyasının açılışı yubana bilər. 

Bu barədə qurumun sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib. 

“Stansiyanın açılacağı tarix dəqiq məlum deyil, amma bu ilə gözlənilmir. İstər geoloji, istərsə də təbii amillər tikintidə yubanmalara səbəb olub. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa gələn il stansiyanın açılışı ola bilər", - deyə o, qeyd edib. 

Qeyd edək ki, "B3" stansiyası Hərbi Hospitalın yanında inşa edilir. Bir qədər aralıda, Cəlil Məmmədquluzadə küçəsində isə şərti adı "B4" olan stansiyanın tikintisi həyata keçirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Hazırda metronun 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç