Bakıda ən ucuz iftar menyusu hansı restorandadır? | Banco.az

Bakıda ən ucuz iftar menyusu hansı restorandadır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bütün müsəlman dünyasının müqəddəs ayı Ramazan ayının ilk günüdür. Bu günlərdə oruc tutan insanlar iftar etmək üçün restoranlara üz tuturlar. Bu haqqda kiçik bir araşdırma apardıq.

Banco.az Bakıda ən yaxşı və münasib qiymətə iftar süfrəsi təqdim edən restoranların bəzilərini təqdim edir:

Özsüt Baku

Bu restoranın 33 manata təklif etdiyi iftar menyusuna  şorba, məzə, salat, ana yemək, içki, dondurma, günün şirniyyatı və çay daxildir.

Dominos

Dominosun Ramazan menyusu 13.90-a təklif edilir. Bu menyuya kiçik favorit pizza, kartof dilimləri, 0.5 l içki təklif edilir.

Khacapuri Picnic

İftar menyusu iki nəfər üçün nəzərdə tutulub 32 manat edir. Dörd növ şorbadan birini seçə bilərsiniz. Salat seçimi də var. Müştərilərə təqdim edilən isti yeməklər seçimi də genişdir. İçkilərdən  limonat, sirab, kompot təklif edilir. Su, xurma, çörək və çay iftar menyusuna daxildir.

 La-Kükü

İki nəfərlik menyu 40 manat təşkil edir.Menyuya salat seçimi ilə ( Paytaxt, badımca, sezar, mimoza), şorba (Çolpa, tərəvəz, mərcimək, dovğa) isti yeməklər ( Toyuq kabab düyü, lülə kabab püre, Toyuq şnitsel free, sac toyuq əti ilə)  içkilər, çay və mürəbbə daxildir.

Societe Baku

Bu restoranın iftar menyusu bir nəfər üçün 28 manat təşkil edir. Servis haqqı 10 faizdir. Menyuda yemək çeşidləri həftə ərzində dəyişdirilir. Ümumilikdə menyuya şorba, salat, soyuq qəlyanaltılar, iki seçim növündə ana yemək, içki, çay və peçenya təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

El-Piano Baku

Elpiano-da qiymət bir nəfər üçün 35 manat olmaqla servis haqqı 10 faiz nəzərdə tutulub. Menyuya seçim ilə şorbalar, salatlar, isti yeməklər, desert, geniş qəlyanaltı seçimi, içkilər və canlı musiqi də daxildir.

Pizza Mizza

Burada iftar menyusu 9.90 manata müştərilərə təqdim edilir. Bu menyuya 25 sm pizza, şorba, su və xurma daxildir. İki nəfərlik iftar menyusuna 35 sm pizza, 2 şorba, 2 su, xurma daxildir. Bu menyu 19.90 manata təklif olunur.

Zil restoran

Zildə iftar menyusu 19 manata təklif edilir. Menyuya şorba, məzə çeşidləri, salat, isti yeməklər, meyvə şirəsi, xurma, çay, desert təqdim edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et