Bakıda bağ evlərinə tələbat artıb | Banco.az

Bakıda bağ evlərinə tələbat artıb

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

"MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib  ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.

Onun sözlərinə görə, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, ötən illə müqayisədə isə 0.45 faiz artıb.

Orta qiymətə olan bağ evləri isə ötən ay 1.54 faiz, ötən illə müqayisədə isə 9.28 bahalaşıb. Ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 7.15 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.15 faiz bahalaşıb.

N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et