Bağlanma təhlükəsi 5-6 bankı gözləyir | Banco.az

Bağlanma təhlükəsi 5-6 bankı gözləyir

Azərbaycan Mərkəzi Bankının sədri: "5-6 bankın AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var"

“Əmanətçilər və müştərilər üçün qorxulu hal yoxdur”

“Bank kapitalının 99%-ni əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər”. - bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, ölkədə 5-6 bank AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, E. Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.

E. Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.

Ən sərfəli krediti almaq üçün müraciət et