“Azsığorta”ın rəhbər şəxslərinə ödənilən əmək haqqının məbləği açıqlanıb | Banco.az

“Azsığorta”ın rəhbər şəxslərinə ödənilən əmək haqqının məbləği açıqlanıb

2018-ci ildə “Azsığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri Viladi Maniyevə 195 417 manat, başqa sözlə, ayda 16 285 manat əmək haqqı ödənilib.

Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə DŞ-nın üzvü olan Ziya Talıbov isə 62 100 manat, başqa sözlə ayda 5 175 manat maaş alıb. Xatırladaq ki, o, bu ay vəzifəsini tərk edib.

“Azsığorta”nın İdarə Heyətinin (İH) sədri Anar Talıbova isə 2018-ci ildə 155 365 manat, yəni ayda 12 947 manat əmək haqqı ödənilib. Şirkətin İH-nin sədr müavini Yusif Soltanov 100 448 manat (ayda 8 371 manat), digər sədr müavini Zöhrab Şirinov isə 85 560 manat (ayda 7 130 manat) maaş alıb. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən bildirilib ki, qeyd olunan məbləğlərə məvaciblə yanaşı, məzuniyyət, vergi və sosial sığorta ödənişləri də daxildir. 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç