“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir artıb | Banco.az

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında xidmət ixracına da yer ayrılıb.

Məlumat verilib ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən 7,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et